İstanbulda azərbaycanlı model sevgilisi tərəfindən işgəncələrə məruz qalıb - VİDEO

03:00 19-11-2020 15

İstanbulda azərbaycanlı model V.N. fələstinli sevgilisi Muhammed K. tərəfindən işgəncələrə məruz qalıb. 

Bununla bağlı “Sabah” qəzetinə model özü açıqlama verib. 

Onun sözlərinə görə, döyülmələr sevgilisindən hamilə qaldığını bildikdən sonra başlayıb. Qadın hamilə olduğunu və onunla evlənmək istədiyini sevgilisinə deyib. Bundan sonra fələstinli iş adamı onu döyüb. 

Bundan şübhələnən qadın araşdırma aparıb, məlum olub ki, sevgilisi evlidir və ondan ayrılmaq qərarına gəlib. Bu zaman da biznesmen onu döyüb. 

“Məni davamlı döyürdü. Hamilə olanda da döymüşdü. Qucağımda uşaq olanda döyürdü”, - deyə qadın bildirib. 

Azərbaycanlı model döyülməsinin əks olunduğu görüntüləri də təqdim edib. Görüntülərdə fələstinli iş adamının qadını necə döyməsi aydın görünür. 

Qadın məsələ ilə bağlı prokurorluğa müraciət etdiyini bildirib.