Bütün gecə axtarılan dörd yaşlı qız maşında donmuş halda tapılıb - FOTO

04:00 19-11-2020 15

Rusiyanın Novosibirsk şəhərində dörd yaşlı qız atasının sükan arxasında huşunu itirməsindən sonra təhlükəli vəziyyətdə qalıb.

Bu barədə “ÇS info” xəbər yayıb.

Məlumata görə, ananın davamlı zənglərindən sonra uşaq videozəngə cavab verə bilib. O, soyuqdan bərk üşüdüyünü deyib və harada olduğunu göstərib. Videoda ana çoxmərtəbəli binanı görə bilib. Binanın fasadında əllə çəkilmiş delfin, çeburaşka və begemot şəkilləri olub. Ana həmçinin küçədən keçənlərin uşağın səsinə hay vermədiyini də görüb. Bundan sonra telefonunun enerjisi bitdiyi üçün sönüb.

Ana dərhal sosial şəbəkədə elan verib. Könüllülər axtarışa başlayıblar. Binanın əlamətləri sayəsində uşaq elə həmin günü tapılıb. O, maşında soyuqdan donmuş vəziyyətdə oturubmuş, atası isə hələ də özünə gəlməmişdi.

Uşağa dərhal kömək göstərilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Hüquq mühafizə orqanlarından bildirilib ki, 37 yaşlı kişi narkotik istifadəsinə görə huşunu itiribmiş.