Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO

05:00 19-11-2020 471

Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar.

“Mash” “Telegram” kanalı bununla bağlı görüntüləri yayımlayıb.

Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb.

Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

“Hər kəsin arzusunun yazıldığı məktub” adı altında paylaşılan kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.