Millətlər Liqası: Kim yüksəldi, kim düşdü? - YEKUN

11:40 19-11-2020 483

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün əsas mərhələsi koronavirus pandemiyası səbəbindən keçirilməyən bir oyun (İsveçrə – Ukrayna matçı) istisna olmaqla başa çatıb.

Dünənki oyunlarla hansı komandaların növbəti mövsüm hansı liqada mübarizə aparacağı, demək olar ki, müəyyənləşib.

A Liqasından “Dördlər finalı”nda yarışacaqlar – İtaliya, Belçika, Fransa, İspaniya (A Liqasının qrup qalibi olan bu komandalar gələn ilin 6-10 oktyabr tarixlərində İtaliyada (Turin və ya Milanda) keçiriləcək “Dördlər finalı”nda ən güclünü müəyyənləşdirmək üçün mübarizə aparacaqlar)

A Liqasından B Liqasına düşənlər – Bosniya və Herseqovina, İslandiya, İsveç, İsveçrə/Ukrayna (UEFA İsveçrəyə texniki məğlubiyyət versə, bu komanda İsveçrə olacaq).

B Liqasından A Liqasına yüksələnlər – Avstriya, Çexiya, Macarıstan, Uels

B Liqasından C Liqasına düşənlər – Şimali İrlandiya, Slovakiya, Türkiyə, Bolqarıstan

C Liqasından B Liqasına yüksələnlər – Monteneqro, Ermənistan, Sloveniya, Albaniya

C Liqasından D Liqasına düşməyə namizədlər – Kipr, Estoniya, Moldova, Qazaxıstan (2022-ci ilin 24/25 və 28/29 mart tarixlərində keçiriləcək Moldova – Qazaxıstan və Estoniya – Kipr matçlarının məğlubları D divizionuna düşəcək)

D Liqasından C Liqasına yüksələnlər – Farer Adaları, Cəbəllütariq.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Monteneqro, Lüksemburq və Kiprlə mübarizə aparıb. Komandamız 6 xal toplayaraq qrup üçüncüsü olub və bununla da yığmamızın 2022/23 mövsümündə də C Liqasında mübarizə aparacağı dəqiqləşib.

Səbuhi Musayev