Tramp: “Vəkillərim “qələbəyə gedən yol”u açıqlayacaq”

04:20 20-11-2020 433

ABŞ Prezidenti Donald Tramp vəkillərinin mətbuat konfransı keçirəcəyini və seçkilərdə “qələbəyə gedən yol” barədə danışacaqlarını qeyd edib.

Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

“Vəkillər qələbəyə çox aşkar və real yol üzrə mətbuat konfransı keçirəcəklər. Hər hissəcik öz yerinə yaxşı oturur”, - deyə D.Tramp bildirib.