Başda kəpək təhlükəli xəstəliyin xəbərçisi ola bilər

04:40 20-11-2020 378

Britaniyalı alimlər başda kəpəyin Parkinson xəstəliyinin əlamətlərindən biri olduğunu aşkar ediblər.

Bu barədə “Daily Express” xəbər yayıb.

Söhbət Seboreik dermatitdən gedir. Yüngül bir formada bu xəstəlik özünü kəpək şəklində göstərir, ağır vəziyyətdə - baş dərisi qızarır və qabıqlanır, nadir hallarda sulu səpkilər yarana bilər.

Alimlər kəpəyin niyə Parkinson xəstəliyindən əziyyət çəkənlərə təsir etdiyinin səbəbini bilmirlər.