Bakı sakini Şirvanda narkotiklə yaxalandı

15:00 20-11-2020 612

Bakı sakini Şirvan şəhərində narkotiklə saxlanıldı.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirilə narkotiklərin qanunsuz dövriyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb və ondan 1 kiloqramdan artıq heroin götürülüb.