Fransanın ədalətsiz mövqeyinə etiraz olaraq piket keçirilib - VİDEO

15:40 20-11-2020 390

Bu gün Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib. 

Baku TV xəbər verir ki, piket iştirakçıları ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb.

Pankartlarda “Qarabağ Azərbaycandır”, “Fransa, ədalətli ol” “Beynəlxalq hüquqa hörmət elə” kimi şüarlar səsləndirilib.