COVID-19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

21:40 20-11-2020 457

“Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.

REN TV xəbər verir ki, bu barədə Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.

“Klinik tədqiqatlar göstərir ki, “EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib” - deyə mərkəzdən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, “Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.

Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər.