Rusiya sülhməramlılarının komandanı Qarabağda atəşkəsə riayət olunduğunu açıqladı
01:00 21-11-2020 418
“Dağlıq Qarabağda atəşkəs rejimi pozulmur”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov deyib.
“Atəşkəs rejiminin pozulması və təxribatlar görünməyib”, - deyə R.Muradov bildirib.
Rusiyalı general bildirib ki, baş verən kiçik insidentlər sülhməramlı kontingent tərəfindən yerindəcə həll olunur.