Dubay şeyxinin arvadı iki il mühafizəçi ilə ona xəyanət etdi və Londona qaçdı

03:00 21-11-2020 397

İordaniya şahzadəsi Haya bint əl-Hüseyn iki il həyat yoldaşına mühafizəçisi, 37 yaşlı Rassel Flauverslə xəyanət edib. 

Bununla bağlı “Dail Mail” məlumat yayıb. Bildirilib ki, qadın Dubay şeyxi olan ərinin qəzəbindən yayınmaq üçün ölkədən qaçıb. 

2004-cü ildə 30 yaçı olan Haya Dubay şeyxi və milyarder Məhəmməd ibn Rəşid əl-Maktuma ərə gedib. 33 yaşlı Flauvers 2016-cı ildən şahzadənin mühafizəçisi kimi işə düzəlib. 

Cütlüyün sevgi macərası da həmin ildə başlayıb. Şahzadə mühafizəçisinə bahalı hədiyyələr verirdi.

Flauverslə Hayanın münasibətləri iki il davam edib. Daha sonra Flauvers işdən çıxıb. Onun susması üçün Haya Flauversə 1,2 milyon funt sterlinq pul ödəyib. Bu münasibətdən məlumatlı olan daha üç mühafizəçiyə də eyni məbləğ ödənilib. 

2016-cı ilin sonunda Flauversin arvadı ərinin ona xəyanətindən şübhələnib. O görüb ki, şahzadə ona özünün yarımçılpaq fotolarını göndərir. Bundan başqa, Flauvers özünün qarderobunu yeniləmişdi. 

2017-ci ilin yayında Flauvers və arvadı boşandı. Boşanma prosesi zamanı Flauversin şahzadəyə hədiyyə almaq üçün kredit kartından 16 min funt sterlinq xərclədiyi məlum olub. 

Eyni zamanda Məhəmməd ibn Rəşid əl-Maktub da arvadının ona xəyanət etməsindən şübhələnib. Şahzadə Haya bunu bildikdən sonra iki övladı ilə Londona qaçıb. Britaniya Ali Məhkəməsi şahzadənin tərəfində durub. Hazırda o, Londonda dəyəri 85 milyon funt sterlinq olan malikanədə yaşayır. 

Bundan əvvəl, Haya bəyan edirdi ki, Londona qaçmağına səbəb əl-Maktumun 11 yaşklı qızları Calilonu ərə vermək istəməsidir. 

2018-ci ildə əl-Maktumun qızı Lətifə də Dubaydan sabiq fransız xəfiyyəsi Erve Joberin köməyi ilə qaçmağa çalışsa da, buna nail olmamışdı. O vaxtdan Lətifə əsir kimi saxlanılır.