Cənubi Koreya rəsmisi koronavirusun üçüncü dalğasının başladığı barədə rəsmi açıqlama verib

04:40 21-11-2020 352

Cənubi Koreya Səhiyyə Nazirliyinin sözçüsü Yun Te Ho paytaxtı Seulda COVID-19-un üçüncü dalğasının başladığını bildirib.

Bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.

“Biz hesab edirik ki, oxşar vəziyyət fevral-mart və avqust aylarında müşahidə edilib, indi isə Seul şəhərinin ərazisində üçüncü infeksiya dalğası davam edir”, - deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

Qeyd olunur ki, səhiyyə orqanları regionlarda virusla mübarizənin effektivliyini artırmaq üçün sosial məsafənin səviyyəsinin tənzimlənməsi ilə bağlı bələdiyyə orqanlarına tövsiyələr verib.