Kianu Rivzin iştirakı ilə “Cyberpunk 2077”nin treyleri təqdim olunub - VİDEO

05:20 21-11-2020 740

Sosial şəbəkələrdə “Cyberpunk 2077” oyununun iki yeni treyleri yayımlanıb.

“Mir24”ün verdiyi məlumata görə, video layihənin rəsmi “YouTube” kanalında paylaşılıb.

Birinci treylerdə Hollivud ulduzu Kianu Rivzin personajlardan birini səsləndirməsi görünür. Aktyor bir çox sənədli və cizgi filmləri layihələrində iştirak etdiyini, lakin “Cyberpunk 2077”in daha böyük iş olduğunu vurğulayıb.

Kadrlarda aktyorun mikrofonda necə işlədiyi, eyni zamanda xüsusi sensorlarla kostyumlarda hərəkətləri göstərilir.

İkinci treylerdə Rivzin səsləndirdiyi personaj Cionni Silverhend göstərilir.

Xatırladaq ki, “Cyberpunk 2077”nin təqdimatı dekabrın 10-na planlaşdırılıb. “ActionRPG” janrına aid oyun Polşa şirkəti “CD Project Red” tərəfindən yaradılıb.