ÜST: Son 24 saatda 620 mindən artıq insan COVID-19-a yoluxub

08:00 21-11-2020 431

Dünyada son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 620 mindən artıq olub.

Gazeta.ru bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

ÜST-ün məlumatlarına əsasən, son 24 saatda dünyada 620 744 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 10 516 olub.

Yoluxma sayı üzrə lider region Avropa (279 151) və Amerika qitəsi (235 279) olub.