Türkiyədə koronavirusa yoluxmada rekord qeydə alındı - FOTO
21:20 21-11-2020 407
Türkiyədə ötən sutka ərzində 5 532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da rekord sayılır.
Faktı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumatda bildirilir ki, gün ərzində 135 nəfər COVID-19-dan vəfat edib.
Bununla da Türkiyədə ümumilikdə 440 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 825 nəfər müalicə olunaraq sağalıb, 12 219 nəfər isə vəfat edib.