Azərbaycanda 20 yaşlı tələbə vəfat edib - FOTO
22:40 21-11-2020 480
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.
"Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Elməddin İslamzadə vəfat edib. Onun leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, mərhum ADİU-nin Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi idi.