Avropanın ən güclü gənc futbolçusunun adı məlum oldu

04:00 22-11-2020 26

İtaliyanın “Tuttosport” nəşri Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Erlinq Holannı Avropanın ən yaxşı gənc oyunçusu elan edərək onu “Golden Boy-2020” mükafatına layiq görüb.

Bu barədə Gazeta.ru xəbər verir.  

İkinci yeri Kataloniyanın “Barselona” klubunun futbolçusu Anssumane Fati tutub.

Sıralamada üçüncü yerdə Madridin “Atletiko” klubunun futbolçusu Joao Feliks qərarlaşıb.

Qeyd olunur ki, 20 yaşlı E. Hollan bu mükafatı alan ilk norveçli futbolçudur.