Bakıda yolu keçən gənc qızı avtomobil vurdu

06:00 22-11-2020 377

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1995-ci il təvəllüdlü Sultanzadə Vüsalə Muxtar qızını minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.