Mahaçqalada maşınlar su altında qaldı - VİDEO

07:00 22-11-2020 465

Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinə yağan güclü yağış ciddi fəsadlar törədib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Dağıstan Respublikasının Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Mərkəzinin rəhbəri Əbdülqalim Dadaşev bildirib ki, Mahaçqalaya noyabrın 15-dən bu günə qədər 60 millimetr yağıntı düşüb, bu isə aylıq normanın 153% -ni təşkil edir.