Kişi əşyaların arxasınca uşağı da eyvandan atdı

08:40 22-11-2020 363

Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, ögey ata 13 yaşlı uşağı çoxmərtəbəli binanın eyvanından yerə atıb.

Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.

Bildirilir ki, kişi vətəndaş nikahında olan arvadı ilə dava edib, evi dağıdıb, sonra isə əşyaları eyvandan atmağa başlayıb. Qadın əşyaları toplamaq üçün həyətə düşəndə oğlunu yerdə görüb. Əri də onun yanına yıxılmış olub.

Autizmdən əziyyət çəkən 13 yaşlı uşağın sağ olduğu bildirilir, ancaq vəziyyəti ağırdır.

Pəncərədən özünü atan kişi də sağdır. O, yüngül travma alıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.