Tramp:“Tezliklə amerikalılar koronavirusa qarşı peyvənd əldə edəcək”

11:00 22-11-2020 24

ABŞ Prezidenti Donald Tramp koronavirusun yalnız ABŞ-da deyil, bütün dünyada nəzarət olunmaz şəkildə yayıldığını bildirib.

ABŞ lideri bu barədə “Twitter” hesabında yazıb.

O, yerli mətbuatı sözügedən faktı “görməzdən gəlməkdə” ittiham edib.

“Feyk-nyus” COVID-19-un təkcə ABŞ-da deyil, bütün dünyada nəzarət olunmaz şəkildə yayıldığından danışmır. Mən səhər saatlarında G20-nin virtual görüşündə oldum və müzakirənin əsas mövzusu COVID-19 oldu”, - deyə D.Tramp bildirib.

O qeyd edib ki, tezliklə bir çox amerikalı koronavirusa qarşı peyvənd əldə edəcək və virusdan qoruna biləcək.