Rusiya Qarabağa hərbi mühəndislər göndərdi

11:40 22-11-2020 15

Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi bölgəyə hərbi mühəndislər, texnika və avadanlıqların daşınmasını həyata keçirir.

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Moskva yaxınlığındakı Çkalovski aerodromundan İl-76 təyyarəsi havaya qalxıb.

Hərbi mühəndislər sülhməramlı əməliyyatın keçirildiyi rayonlarda ümumi istifadə olunan yolların və sosial infrastruktur obyektlərinin təmizlənməsində iştirak edəcək.