Ağsuda yanğın olub

13:20 22-11-2020 14

Ağsu rayonunda ümumi sahəsi 286 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 m² sahədə və dam örtüyü 15 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.