Samir Abasovdan uğurlu debüt, “Zirə” “Keşlə”yə qalib gəldi

20:20 22-11-2020 397

Azərbaycan Premyer Liqasında X turun daha iki görüşü baş tutub.

HerGun.Az xəbər verir ki, turun ikinci günündə oyunlardan biri Qəbələdə, digəri isə Zirədə keçirilib.

“Neftçi” yeni baş məşqçisi Samir Abasovun debüt oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Abasov ilk görüşünü böyükhesablı qələbə ilə başa vurub – 4:1.

Günün digər görüşündə “Zirə” “Keşlə”ni sınağa çəkib. Son üç matçda məğlub olmayan “Zirə” uğurlu seriyasını davam etdirib. Paytaxt derbisində 3 xalı 3 qolla qazanan Rəşad Sadıqovun yetirmələri lider “Qarabağ”la eyni xala malikdir.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
X tur
22 noyabr (bazar)

“Qəbələ” – “Neftçi” - 1:4
Qollar:
 Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3

“Zirə” – “Keşlə” - 3:1
Qollar:
 Dmitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 - Klesio Bauk, 74 (avtoqol)