UFC prezidenti Taysonla Cons arasında keçiriləcək döyüşü lağa qoydu

22:40 22-11-2020 484

UFC prezidenti Deyna Uayt Mayk Taysonla Roy Cons arasında keçiriləcək döyüşü lağa qoyub.

Bu barədə Lenta.ru məlumat yayıb.

D.Uayt döyüşün qaydaları və döyüşün nəticəsi ilə bağlı mərc etmək fürsəti olmamasını gülüş obyektinə çevirib:

“Düşünürsünüz ki, Cons qalib gələcək? Nokautla? Nə? Bu döyüşün qaydalarına görə nokaut ola bilməz? Onlar bu qaydanı necə tətbiq etməyi düşünürlər. Mən bilmirdim ki, burada qalib də olmayacaq, nə qəribə döyüşdür”, - deyə UFC rəhbəri bildirib.