Millimizin hücumçusu Belçika klubuna keçə bilər

21:40 06-01-2021 460

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər.

“Report” “voetbalnieuws.be” saytına istinadən xəbər verir ki, yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunun da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.