Mançester derbisini “şəhərlilər” qazanıb finala çıxdı

02:20 07-01-2021 418

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

İkinci oyun günündə Mançester derbisi baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada “Mançester Siti”ni qəbul edib.

Görüşün taleyini 2 qol həll edib. Qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl “Brentford”u 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in finaldakı rəqibi “şəhərlilər” olub.

İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar

“Mançester Yunayted” – “Mançester Siti” – 0:2
Qollar:
Stounz, 50, Fernandinyo, 83