Şvartsneqer Trampın prezident seçkilərinin nəticəsi ilə bağlı fəaliyyətini dəlilik adlandırıb

06:00 07-01-2021 27

Hollivud aktyoru və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsneqer ABŞ-ın hazırkı prezidenti Donald Trampın prezident seçkilərinin nəticələrini qəbul etməməsinə münasibət bildirib.

Bu barədə “The Economist” yazır.

Siyasətçinin sözlərinə görə, Ağ Evdə yer uğrunda yarışda kimin qalib gəldiyinə şübhə yoxdur. Bundan əlavə, o, Trampın hərəkətlərini axmaqlıq, dəlilik və şər kimi qiymətləndirib.

Aktyor ölkəsinin gələcəyi üçün narahat olduğunu da vurğulayıb.

“6 yanvar səslərinə qarşı çıxmaq istəyən partiya üzvlərimə demək istəyirəm, bilin ki, nəvələrimiz sizin adlarınızı Amerikanın böyük təcrübəsinə və seçicilərin iradəsinə qarşı mübarizə aparan bədxahlar kimi tanıyacaq. Kədərli bir şöhrət qazanacaqsınız”, - deyə Şvartsneqer əlavə edib.