Qəhrəman kapitan Mahir Hüseynovun döyüş yolu - FOTO

09:20 07-01-2021 388

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlardan biri də Biləsuvar rayon sakinidir. 

Bu qəhrəman 1988-ci ildə Biləsuvar rayonunun Amənkənd kəndində anadan olub. Söhbət kapitan Hüseynov Mahir Zeynalabdin oğlundan gedir. 

HerGun.Az xəbər verir ki, kapitan M.Hüseynov Vətən Müharibəsində Füzuli, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Artilleriya ilə verilən döyüş tapşırıqlarını yerinə yetirən M.Hüseynov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

Düşmənə məxsus çoxsaylı artilleriya batareyaları, kolonları, sığınacaqları və bir çox hərbi texnikaları məhv edib.

O, hazırda diviziya komandiri kimi hərbi xidmətini davam etdirir.

Xatırladaq ki, Ali Baş Komandan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.Hüseynov “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Könül Cəfərli