Ağdaşda restoran yandı

10:00 07-01-2021 391

Ağdaş rayonunun Orta Ləki kəndində ümumi sahəsi 620 kvadrat metr olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 490 kvadrat metr sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.