Dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdiriləcək

12:00 07-01-2021 769

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac iki fevral tarixində təşkil ediləcək. Hərraca 13 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.