Beşmərtəbəli yaşayış binasında yanğın başlayıb

15:00 07-01-2021 403

Bakıda yaşayış binasında yanğın baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında qeydə alınıb.

Yanğın Şərifzadə küçəsində yerləşən beşmərtəbəli binanın beşinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Yanğının söndürülməsi, ev sahiblərinin təxliyə olunması istiqamətində işlər aparılır.