“Liverpul” Ramosu transfer etmək istəyir

15:20 07-01-2021 422

Yayda Madrid “Real”ı ilə müqaviləsi başa çatacaq Serxio Ramos daha bir Avropa klubunun maraq dairəsinə düşüb.

Bu barədə “El Chiringuito” məlumat yayıb.

“Kral klubu”nun kapitanı ilə “Liverpul” komandası maraqlanır. “Liverpul”un marağına səbəb klubun əsas müdafiəçilərinin zədə səbəbiylə oynaya bilməməsi olub.

Xatırladaq ki, Serxio Ramosun adı həmçinin PSJ klubu ilə də hallanır.