Vətən müharibəsində 12 ermənini məhv edən igid - VİDEO

19:00 07-01-2021 485

Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.

1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. 2001-ci ildə Ağstafa rayon Şahin Abadov adına orta məktəbdə 11 illik təhsil aldıqdan sonra, Qusar rayonunda hərbi xidmətdə olub.

2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

“Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

Ailəlidir. İki oğlu var.