Daha bir norveçli “Pfizer” peyvəndi vurdurandan qısa müddət sonra vəfat edib

03:20 08-01-2021 345

Norveçdə Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkəti tərəfindən hazırlanmış peyvəndi vurduran yaşlı kişi qısa müddət sonra vəfat edib.

TASS agentliyi bu barədə yerli səlahiyyətli orqanlara istinadən xəbər verib.

Bildirilir ki, ölən şəxsin 82 yaşı olub.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Norveçdə bu, “BioNTech” və “Pfizer” şirkəti tərəfindən hazırlanmış peyvəndi vurdurandan sonra qeydə alınan üçüncü ölüm faktıdır.