Selena Qomez ABŞ-da baş verən hadisələrdə texnoloji nəhəngləri günahlandırdı

05:20 08-01-2021 494

Dünya şöhrətli müğənni Selena Qomez ABŞ-da dörd nəfərin ölümü ilə nəticələnən iğtişaşlarda sosial media platformalarını və onların sahiblərini günahlandırıb.

“Haber Global” məlumat verir ki, Qomez “Facebook”, “Twitter”, “Instagram”  və “Google” kimi sosial media platformalarını ABŞ-ın paytaxtı Vaşinqtonda konqres binasındakı hadisələrdə “oda köz tutataraq” narahatlıq və dezinformasiya yaymaqda ittiham edib.

28 yaşlı müğənni platformaların sahiblərini Vaşinqtonda şiddətli hərəkətlərə yol açan nifrəti yaymaqda günahlandırıb və onların yanlış məlumatların sosial mediada yayılmasının qarşısını almaq üçün daha çox şey etməli olduqlarını bildirib:

“Bu gün Amerika xalqını məyus etdiniz. Ümidvaram, bu işin böyüməsini dayandıracaqsınız”.