Pelosi: “Tramp Putinin alətidir”

06:20 08-01-2021 376

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın hərəkətlərinin Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” olduğunu bildirib.  

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu şəxs Putinin alətidir. Putinin hədəfi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O, bununla məşğul idi və bu istiqamətdə onun köməkçisi Donald Tramp olub”, - deyə qadın siyasətçi bildirib.