Klopp icarəyə futbolçu almağın əleyhinə olduğunu bildirib

07:40 08-01-2021 26

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsinin açılması fonunda klubdakı son vəziyyəti qiymətləndirib.

Almaniyalı mütəxəssisin fikirlərini “The Liverpool Echo” nəşri dərc edib.

Y.Klopp pandemiya ilə əlaqədar böhrandan söz açaraq futbol klubları da daxil olmaqla bütün insanlar üçün çətin olduğunu, lakin “Liverpul” klubunun rəhbərliyini işlərinə çox məsuliyyətlə yanaşdığını qeyd edib.

Futbol mütəxissisi icarə əsasında kluba futbolçu cəlb etməyin əleyhinə olduğunu qeyd edib.  

“Bilmirəm, qış transfer pəncərəsində dəvət edilən olacaq, ya yox… Çox güman ki, klub kimisə qısamüddətli icarəyə dəvət edə bilər, amma bu səhvdir və komananın güclənməsinə kömək etmir”, - deyə Y.Klopp bildirib.