“Çelsi”nin futbolçusunun meneceri Azərbaycana oyunçu gətirir

10:40 08-01-2021 392

İngiltərənin “Çelsi” klubunun futbolçusu, İtaliya millisinin braziliyalı dayaq yarımmüdafiəçisi Jorjinyonun meneceri Joan Santos Azərbaycana futbolçu transfer edir.

Bu barədə menecerin özü İtaliyanın məşhur Tuttomercatoweb.com saytına müsahibəsində bildirib.

O, bir istedadlı futbolçu üçün Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” klubu ilə danışıqlar apardığını söyləyib:

“Çox ümidverici bir futbolçu var. Hazırda onun keçidi üçün Azərbaycanın “Zirə” klubu ilə danışıqlar aparırıq”.

Səbuhi Musayev