Bakıda iki prospektin kəsişməsində hərəkət məhdudlaşdırılacaq

17:00 08-01-2021 310

Yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.