Aİ ölkələri koronavirusla bağlı sammit keçirəcək

18:00 08-01-2021 28

Avropa İttifaqı ölkələri yanvarın 21-də COVID-19 pandemiyası ətrafındakı vəziyyətlə bağlı videokonfrans formatında sammit keçirəcək.

Bu barədə Avropa İttifaqı sədrinin nümayəndəsi Barend Leyts bildirib.

 Sammitdə Aİ-yə üzv 27 ölkənin liderləri iştirak edəcək.