İki əsrə yaxın yaşı olan binanın uçmaq təhlükəsi var - VİDEO

22:20 08-01-2021 342

Paytaxtın Binəqədi rayonu 2-ci mədən ərazisində yaşayanlar təhlükə ilə üz-üzədirlər.

1894-cü ildə inşa edilən bu bina qəzalı vəziyyətdə olduğundan sakinlər qorxu icərisində yaşayırlar. Hər gün tavandan qopub düşən daşlar vəziyyəti bir az da çətinləşdirir.

Sakinlər deyir ki, bir neçə dəfə aidiyyəti qurumlar əraziyə baxış keçirsələr də, məsələ hələ də öz həllini tapmayıb.

Problemlə bağlı 3 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 145 saylı mənzil-kommunal istismar sahəsinə üz tutduq. Qurum rəsmisi Məhərrəm Həsənov bildirdi ki, mövcud məsələ ilə bağlı Nazirlər Kabinetinə məlumat təqdim edilib. Hal-hazırda məsələnin icrası gözlənilir.

Ümid edirik ki, iki əsrə yaxın yaşı olan binanın təcili təmirə ehtiyacı olduğu diqqətə alınacaq.