14 yaşlı oğlan ana və atasını öldürdükdən sonra intihara cəhd etdi

09:00 09-01-2021 22

Şimali Kipr Türk Respublikasında dəhşətli cinayət hadisəsi baş verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Geçitkale adlı rayonda səhər saatlarında 52 yaşlı İbrahim Çobanoğlu və həyat yoldaşı 48 yaşlı Bengü Çobanoğlu odlu silahla qətlə yetirilib. Cütlüyün 14 yaşlı oğlu Çınar Çobanoğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Oynadığı oyunun təsirinə düşən 14 yaşlı Çınar Çobanoğlunun yuxuda ikən ana və atasını güllələdiyi, daha sonra isə intihara cəhd etdiyi qeyd olunur.