Əsgərov söz verdi və super yapışqan aldı - FOTO

11:20 09-01-2021 33

Rusiyanın gənclərdən ibarət hokkey millisinin qapıçısı Yaroslav Əsgərov super yapışqan alıb.

O, bunu öz “Instagram” hesabında paylaşıb. 18 yaşlı qapıçı daha əvvəl super yapışqan alacağına söz vermişdi.

Qeyd edək ki, qapıçı gənclərin dünya çempionatında 15 dəfə hokkey çubuğunu əlindən salıb. Bu səbəbdən də zarafat obyektinə çevrilib.

Xatırladaq ki, gənclərin dünya çempionatında Rusiya millisi ilk dəfə bürünc medal uğrunda görüşdə uduzub.

Halbuki 1996-cı ildən etibarən oynadığı səkkiz bürünc medal görüşündə Rusiya millisi qalib gəlməyi bacarmışdı.

Səbuhi Musayev