Göygöldə şəhid ailələri ziyarət edildi - FOTO

15:40 09-01-2021 336

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, qazilərə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.