Kapitoliyə hücum zamanı rusdilli qadın saxlanılıb - FOTO

22:20 09-01-2021 28

Yanvarın 6-da Kapitoliyə hücum etdiyi üçün saxlanılan 55 nəfərdən biri rusdilli olub.

Bu barədə “The Washington Post” məlumat yayıb.

O, məhkəmədə ingiliscə bilmədiyi üçün rus dilli tərcüməçi tələb edən əslən Moldovadan olan 28 yaşlı Kristina Malimon olub.

“BuzzFeed” nəşri isə Kristina Malimonla yanaşı onun 52 yaşlı anası Yevgeniya Malimonun da polis tərəfindən saxlandığını qeyd edib. Onlar həqiqətən rus dilində danışsalar da, Rusiya ilə aralarında heç bir əlaqə tapılmayıb.

Onların hər ikisi Kapitoliyə qanunsuz soxulma və komendant saatının tələblərini pozmaqda ittiham olunurlar.

Kristina Malimon “Oreqon ştatının gənc respublikaçıları” hərəkatının sədr müavini olub.