Britaniya koronavirusa yoluxma sayı üç milyonu ötən beşinci ölkə oldu

06:40 10-01-2021 364

Böyük Britaniyada son sutka ərzində koronavirusa təxminən 60 mindən artıq yeni yoluxma qeydə alınıb.

Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə ümumi yoluxma sayı üç milyonu keçib.

Beləliklə, Böyük Britaniya koronavirusa yoluxma sayının üç milyonu keçdiyi sayca beşinci ölkə olub.

Ölkədə koronavirusdan ümumi ölüm hallarının sayı 80 minə çatır.