Putin üçtərəfli görüşdən əvvəl Qarabağla bağlı müşavirə keçirdi
18:00 10-01-2021 448
Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.
Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib”.