Yaponiyada dörd nəfər koronavirusun Braziliya ştammına yoluxub

20:40 10-01-2021 342

Yaponiyada Braziliyadan səfərdən qayıdan dörd nəfərdə koronavirusun yeni ştammı tapılıb.

Ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, yeni ştamma yoluxan şəxslər Yaponiyaya Tokionun Haneda hava limanı vasitəsi ilə gəliblər. 

Xatırladaq ki, Braziliya ştammı daha əvvəl haqqında danışılan Böyük Britaniya və CAR ştamlarından fərqlənir.