Türkiyədə zəlzələ olub

01:40 11-01-2021 406

Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar dünən yerli vaxtla saat 22:53-də Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. 

Hələlik dağıntı və ya tələfat barədə heç bir məlumat yoxdur.